Supersport.Az xəbər verir ki, İtaliya Futbol Federasiyası öz rəsmi saytında Roberto Mançininin milli komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bildirilib ki, mütəxəssis özü bu qərarı verib, onun xahişi təmin edilib.
İtaliyanın Avro-2024-ün seçmə mərhələsində Şimali Makedoniya (9 sentyabr) və Ukrayna (12 sentyabr) ilə keçirəcəyi oyunu nəzərə alaraq, futbol federasiyası yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacaq.
Avro-2024 10 ay sonra başlayacaq. Seçmə mərhələdə İtaliya iki oyundan 3 xalla C qrupunda orta 3-cü yerdə qərarlaşıb. Yuxarıda İngiltərə (4 oyunda 12 xal) və Ukrayna (3 oyunda 6 xal) qərarlaşıb.
Mançini 2018-ci ilin mayında İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda Avro 2020-nin qalibi və iki dəfə UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub.