Supersport.Az xəbər verir ki, “Bayern” klubunun baş məşqçisi Tomas Tuxel Almaniya Superkubokunda “RB Leypsiq”ə məğlubiyyəti şərh edib:
“Mənin sadəcə Harri Keynə yazığım gəlir. O, dörd həftə məşq etmədiyimizi düşünür. Bu oyun çox acı oldu, üzr istəyirəm.
Biz məəttəl qaldıq. Bilmirəm niyə? Bu suala cavabım yoxdur. Görünür, bu, psixoloji müstəvidə olan bir şeydir. Hazırda həll yolum yoxdur. Mən çox məyus oldum. Bizim oyun üslubumuz tanınmazdı”.