“Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunun finalında “Əl-Hilal”la oyunda zədələnib.
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı portuqaliyalı qolçuya qançır diaqnozu qoyulub. Bu zədə səbəbindən hücumçu Səudiyyə Ərəbistanı çempionatının açılış turunun “Əl-İttifaq”la oyununda komandasına kömək etməyəcək. Oyun avqustun 14-də baş tutacaq.
Xatırladaq ki, “Əl-Nəsr” Ronaldonun dublula “Əl-Hilal”ı 2:1 hesabı ilə məğlub edərək, Səudiyyə klubunda ilk kuboku qazanıb.