Supersport.Az xəbər verir ki, PSJ hücumçu Kilian Mbappeni məşqə qaytarmağa məcbur olub.
Mbappe 2024/25 mövsümü üçün avtomatik müqavilə uzadılmasından imtina etdikdən sonra Yaponiyaya mövsümöncəsi səfərinə aparılmamış, komanda yoldaşlarından ayrı məşq etmişdi.
“Loryan”la oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox konstruktiv və müsbət danışıqlardan sonra oyunçu bu səhər əsas komanda ilə məşqə qayıdıb” – deyə, Fransa klubunun açıqlamasında bildirilib.