Supersport.Az xəbər verir ki, bu gün “Əl-Hilal” və “Əl-Nəsr” komandaları arasında Ərəb Çempionlar Kubokunun final oyunu keçirilib. Oyun əlavə vaxtdan sonra 2:1 hesabı ilə Ronaldonun koandasınınn xeyrinə başa çatıb.
Bu görüşdə portuqaliyalı hücumçu dubla imza atıb.
Ronaldo turnirdə hər matçda qol vurub. O, 5 oyunda 6 qolla bombardir olub.
Kriştiano üçün bu kubok “Əl-Nəsr”də ilk, karyerasında 35 tituldur.
Bununla belə, Ronaldo əsas rəqibi Lionel Messidən geri qalır. Argentinalının aktivində 43 kubok var.