Bu gün Azərbaycan Premyer Liqasında II tur başlayıb.
Supersport.Az-ın məlumatına görə, açılış oyununda hazırda xalı olmayan, 9-10-cu pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.
“Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la qarşılaşıb. Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyunda Naxçıvan klubu 2:0 hesablı qalib gəlib. Qolları 17-ci dəqiqədə belçikalı yarımmüdafiəçi İsmail Azzauri və 83-cü dəqiqədə konqolu hücumçu Elvis Maşike vurub.
“Araz-Naxçıvan” ilk qələbəsini qazanıb, “Qəbələ” isə ardıcıl ikinci məğlubiyyətini alıb.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust (şənbə)
18:00. “Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzauri 17, Elvis Maşike 83
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Dalğa Arena”