Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” komandasında növbəti qolunu vurub.
Supersport.Az xəbər verir ki, 36 yaşlı hücumçu “Şarlott”u 4:0 hesabı ilə məğlub etdikləri Liqa Kubokunun 1/4 final oyununda komandasının sonuncu qolunun müəllifi olub.
“İnter Mayami”nin digər qollarına Xosef Martines, Robert Teylor və Adilson Malanda (öz qapısına) imza atıblar.
Liqa Kubokunda ABŞ-la yanaşı, Kanadanın və Meksika təmsilçiləri mübarizə aparır. Devid Bekhemin sahibi olduğu kollektiv yarımfinalda “Filadelfiya” ilə qarşılaşacaq. Görüş avqustun 16-da keçiriləcək.
Qeyd edək ki, “İnter Mayami”nin heyətində meydana çıxdığı beşinci oyunununda 8-ci dəfə fərqlənən Lionel Messi klub tarixində ən çox qol vuran 3-cü oyunçu olub. Messi hazırda yalnız Qonsalo İquain (29 qol) və Leonardo Kampanadan (16 qol) geri qalır.