Supersport.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsinin qrup turnirində Azərbaycan millisinin qonağı olacaq Belçika yığması iki itkiylə üzləşib. Əvvəlcə “Real Madrid”də çıxış edən təcrübəli qolkiper Tibo Kurtua sol dizindən ciddi zədə alaraq məşqi göz yaşları içində tərk edib.
“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne “Bernli” ilə Premyer Liqanın 1-ci turunun matçını başa vura bilməyib.
Futbolçu komandasının start heyətində meydana çıxsa da, zədə səbəbindən 23-cü dəqiqədə meydanı tərk etməli olub. Onu Mateo Kovaçiç əvəzləyib.
De Bruyne üçün bu oyun Çempionlar Liqasının finalından sonra zədələndiyi və ilk yarıda əvəzləndiyi ikinci matçdır.
Qeyd edək ki, 9 sentyabrda Avro-2024-ün seçmə mərhələsinin oyununda Bakıda Azərbaycan – Belçika qarşılaşması keçiriləcək. Matç 17:00-da başlanacaq.