Supersport.Az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisində yeni hücumçunun alınıb-alınmayacağıyla bağlı sualı cavablandırıb.
Ançelotti Mbappenin mümkün transferindən danışıb: “Heç kimin komandamıza qoşulacağını düşünmürəm. Həmişə dediyim kimi, indiki heyətdən çox razıyam. Mövsümöncəsi yaxşı şeylər gördük, bunu hamı yaxşı başa düşür. Mövsüm boyu mübarizə aparacağımız üçün şadıq”.
