Supersport.Az UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”a 1:3 hesabı ilə “Neftçi”nin hücumçusu Andre Şinyaşikinin fikirlərini videogörüntüyə alıb.
“Mənim üçün “Beşiktaş”la oyun xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə idi ki, “Neftçi”nin start heyətində yer alırdım və azarkeşlərimizin önündə oynayırdıq.
İlk hissədə rəqibdən komanda olaraq bir qədər çəkinirdik. “Beşiktaş” güclü komandadır. Lakin rəqibin kimliyindən asılı olmayaraq qorxmadan mübarizə aparmaq lazımdır. İkinci hissədə bunu etdik. Nəticədə də daha yaxşı oyun sərgilədik.
Bəxtimiz gətirmədi. Daha çox qol vura bilərdik. Ancaq bəxtdən də əlavə unutmaq olmaz ki, yeni komandayıq. Bir-birimizə daha da yaxşı uyğunlaşmalıyıq ki, yaxaladığımız epizodları dəyərləndirək”.