Supersport.Az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappe ilə bağlı vəziyyəti şərh edib.
Hücumçu 2024-cü ildə başa çatacaq müqaviləni yeniləməkdən imtina etməyə qərar verib.
O, əsas heyətdən xaric edilib və satışa çıxarılıb. 24 yaşlı fransalı futbolçu klubdan ayrılmaq istəmir. Onun bütün mövsüm oynamayacağı ehtimalı var.
“Bu, keçmişdə də olub. Və sonra vəziyyətdən müsbət çıxış yolu tapmaq mümkün oldu. Klubla Kilian arasında anlaşmaya ümid edirəm. Bunu mən çox istərdim” – deyə, Enrike bildirib.
