Supersport.Az xəbər verir ki, “Tottenhem”in hücumçusu Harri Keynin “Bayern”ə keçməyinə razılıq verilib. Futbolçuyla yeni klubu arasında 4 illik müqavilə imzalanacağı bildirilir.
Keyn Almaniya klubuna keçməzdən əvvəl tibbi müayinədən keçmək üçün icazə alıb.
“Bayern” “Tottenham Hotspur”la Keyn üçün 100 milyon avroya razılaşıb.
2022/23 mövsümündə futbolçu ingilis klubunun heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 30 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Tottenhem”lə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
