Supersport.Az xəbər verir ki, “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Səudiyyə Ərəbistanından gələn münasib təklifi niyə qəbul etmədiyini açıqlayıb.
53 yaşlı mütəxəssis ildə 20 milyon avro maaşla futbolda ən çox maaş alan məşqçidir. Lakin “Əl Əhli”nin təklifini qəbul etsə, gəlirini daha da artıra bilər.
“Bu təklifi qəbul etməyəndə şübhəm var idi? Yox. Həqiqət budur ki, indi olduğum yerdə çox xoşbəxtəm. “Atletiko”da özümü çox yaxşı hiss edirəm. Başa düşürəm ki, Səudiyyə Liqası böyüyür və böyük oyunçulardan qidalanmaq lazımdır”.
