Supersport.Az məlumat verir ki, Qırğızıstan Futbol İttifaqının mətbuat xidməti ölkədə “Barselona” akademiyasının açılacağı xəbərini yayıb.
“Avqustun 29-da Cəlal-Abad şəhərində “Barselona” Futbol Klubunun 29-cu Akademiyasının açılışı olacaq. Bu akademiya və Mərkəzi Asiyadakı digər françayzinqlər JalGroup Asia şirkətinə məxsusdur.
Akademiyanın təntənəli açılışı çərçivəsində “Barselona” klubunun əfsanəvi keçmiş futbolçuları Qırğızıstan Respublikasına gələcəklər. Avqustun 30-da Bişkekdə “Barselona”nın əfsanələrindən ibarət komandaların və Mərkəzi Asiya ölkələrinin görkəmli futbol veteranlarının qarşılaşacağı sərgi oyunu keçiriləcək. Bu görüşdə ölkə rəhbərliyinin də iştirakı gözlənilir.