PSJ-nin hücumçusu Kilian Mbappe növbəti mövsümü harada keçirəcəyi ilə bağlı yekun qərarını verib.
Supersport.Az “Le Parisien”ə istinadla xəbər verir ki, 24 yaşlı futbolçu bu yay heç bir kluba keçməyəcək.
Mbappe PSJ ilə 2024-cü ildə başa çatacaq müqaviləni yeniləməkdən imtina edib. Bu səbəbdən o, heyətdən uzaqlaşdırılaraq transferə çıxarılıb.