Supersport.Az xarici mətbuata xəbər verir ki, braziliyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“Əl-Hilal” Neymar üçün 200 milyon avrodan çox xərcləməyə hazırdır. Bu məbləğə transfer haqqı və futbolçunun üç illik maaşı daxildir.
PSJ forvardı Avropa komandasına satmaq istəmədiyindən Neymarı “Əl-Hilal”a buraxmağa razıdır. Futbolçunun özü isə Səudiyyə Ərəbistanına köçmək perspektivinə şübhə ilə yanaşır.
Neymar ötən mövsüm PSJ-nin heyətində klub səviyyəsində 29 oyun keçirib, 18 qol vurub və 17 məhsuldar ötürmə verib.