Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsində HJK Helsinki klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
“Bilirik ki, bizim üçün çox önəmli oyundur. Futbolçuların vəziyyəti yaxşıdır. Hamımız ciddi formada qarşılaşmaya hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək. Bu komandanın təhlükəli və sürətli oyunçuları var. İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar”.
