Supersport.Az Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının, “Arpaçay” klubunun təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş karate yarışından maraqlı videogörüntü hazırlayıb.
Yarışın açılış mərasimində dövlət himni səslənib, şəhidlərin xatirəsi yad olunub.
“Arpaçay” klubunun prezidenti Yavər Hüseynov turnirin əhəmiyyətindən danışaraq, açıq elan edib. Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi məşhur idmançılara, məşqçilərə, şəhid ailələri, qazilərə fəxri diplomlar təqdim edib.