Supersport.Az xəbər verir ki, kişilər arasında voleybol üzrə Qızıl Avroliqanın finalında Türkiyə Ukrayna millisini ikinci dəfə məğlub edib. Xorvatiyanın Zadar şəhərində keçirilən oyunda türklər 3:2 hesablı əzmkar qələbə qazanıblar. Türkiyə setdə iki dəfə geri düşsə də, matçı qalib başa vurub. Türklər bu yarışın 4 finalının 3-də qələbəyə sevinib.
Turnirdə üçüncü yeri Çexiyaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya millisi tutub.
Qızıl Avroliqa 2023. Kişilər
Zadar (Xorvatiya). 25 iyun
Türkiyə – Ukrayna
3:2 (14:25, 25:22, 26:24, 22:25, 15:6)
3-cü yer uğrunda matç
Xorvatiya – Çexiya
3:0 (25:23, 25:18, 25:20)
Beləliklə, 2021-ci ildə olduğu kimi, Ukrayna komandası Qızıl Avroliqanın finalında Türkiyə komandasına məğlub olub.