Supersport.Az xəbər verir ki, 2023-cü il iyunun 22-dən 25-dək Balıkəsirdə (Türkiyə) keçirilən çimərlik voleybolu üzrə Balkan yarımadasının çempionatında siyasi münaqişə səbəbindən bir oyun baş tutmayıb.
Serbiyanın kişilərdən ibarət komandası (Raykoviç və Makariç) Kosovo yığmasıyla (Bayrami, Maliki) üzləşməkdən imtina edib. Turnirin 1/4 finalında serblər matç zamanı meydana çıxmayıblar. Serbiya komandasına texniki məğlubiyyət verilib. Kosovolu oyunçular da öz növbəsində ikibaşlı qartal – gerb şəklində jestlə serblərin yoxluğunu qeyd ediblər.
Türkiyə idmançıları Özdəmir və Kuru çimərlik voleybolu üzrə Balkan çempionatının qalibi, Türkiyənin (Mermer və Urlu) ikinci komandası da ikinci olub. Serb voleybolçuları Kolariç-Klasniç cütlüyü üçüncü yeri tutub.