Bu gün Xorvatiyanın Zadar şəhərində voleybol üzrə Qızıl Avroliqanın “Dördlər finalı”nın oyunlarına start verilib.
Supersport.Az xəbər verir ki, ilk yarımfinal oyununda Türkiyə və Çexiya komandaları üz-üzə gəlib.
Oyun çox çətin keçib və iki saatdan çox davam edib. Birinci və üçüncü setdə Çexiya 25:22 və 25:19 hesablı qələbə qazanıb. İkinci və dördüncü set 25:17 və 25:23 hesabı ilə Türkiyə qalib gəlib. Buna görə də finala vəsiqənin taleyi tay-brekdə həll olunub. Türk voleybolçuları 15:12 hesabı ilə daha güclü olub.
Qızıl Avroliqa 2023. Kişilər
Yarımfinal. 24 iyun
Zadar (Xorvatiya)
Türkiyə – Çexiya
3:2 (22:25, 25:17, 19:25, 25:23, 15:12)
Bu dəqiqələrdə ikinci yarımfinalda Ukrayna və Xorvatiya qarşılaşır. Matçın mətn yayımını buradan izləyə bilərsiniz.