Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.
Supersport.Az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən ölkəmizin idmançısı finalda yunanıstanlı Dionisios Ksenosu məğlub edib.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.