Supersport.Az xəbər verir ki, Kristof Qaltye Liqa 1-də PSJ-nin birnci olmasından sonra çempionatın vacibliyini qeyd edib.
“Milli səviyyədə uğurlu mövsüm keçirdik. Biz çempionuq. PSJ-nin liqanı qazanmadığı dövr fəlakətli mövsümlərdir.
Bu qədər aşkar olsa da, çempion olmaq bir nailiyyətdir. İki dəfə PSJ buna nail olmadı: çox, çox çətin mövsümlər idi. Və biz Liqa 1 və Fransa Super Kubokunu qazandıq.
Xüsusən də mövsümün ikinci hissəsində qalib gəlmədiyimiz dövrlər olub və bunun da izahı var. Biz hər şeyi sakit və diqqətlə təhlil edəcəyik. Bunu belə etmək lazımdır”.