Supersport.Az xəbər verir ki, Ronaldo karyerasında ilk dəfə iki mövsüm ardıcıl olaraq kuboksuz qalıb.
Portuqaliyalının qışdan çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanında çempionluq şansını itirib. Əvvəlcə klub ölkə kubokunda və Superkubokunda məğlub olub.
2021/22 mövsümündə “Mançester Yunayted”də çıxış edən hücumçu Ronaldo da heç bir titul qazana bilməyib.
Ronaldonun sahib çıxdığı son kubok 2021-ci ilin mayında İtaliya Kuboku olub. O zaman futbolçu “Yuventus”da oynayıb.