Ançelotti problemi açıqladı

Ançelotti problemi açıqladı
Futbol
27 May 2023 - 23:55
Supersport.Az xəbər verir ki, Karlo Ançelotti "Real Madrid"in "Sevilya" ilə oyunundan (2:1) razı qalıb.

"Biz mövsümü yaxşı başa vurmaq istəyirik. Ən yaxşı futbolumuzu oynamaq üçün motivasiyaya nail olmaq demək olar ki, mümkün deyil. Ancaq yenə də yaxşı oynaya bilərik.

Qarşılaşma zamanı tədricən komanda özünəinam qazandı və topa nəzarətə yiyələndi və oyunumuzu bəyəndim.

2022-ci il dünya çempionatından sonra Rodriqo aparıcı rol oynayır, o, dəfələrlə həlledici amil olub. Onun üstün  səviyyəsi var. Hücumda istənilən mövqedə oynaya bilir. Mərkəzdə döyüşmək daha çətindir. Lakin bu zonada əks-hücumlar zamanı o, cinahdan daha təhlükəlidir".

Digər xəbərlər