Bu gün 19 yaşadək futzalçılardan ibarət yığmamız Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Supersport.Az xəbər verir ki, Azərbaycan millisi Bosniya və Herseqovinada Yunanıstan seçməsiylə qarşılaşacaq.
Matçın baş hakimi danimarkalı Martin Koster olacaq. Ona Norbert Szilagy (Macarıstan) və Nikola Manzione (İtaliya) kömək edəcəklər.
Şiroki Briyeq şəhərindəki “Pecara” idman zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında Fransa yığmasına 0:5, Bosniya və Herseqovina seçməsinə isə 1:4 hesabı ilə məğlub olub.