İdmançılarımız 5 medal uğrunda yarışacaq

İdmançılarımız 5 medal uğrunda yarışacaq
Karate, Digər
25 Mart 2023 - 10:55
Supersport.Az-ın məlumatına görə, Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində böyüklərin Avropa çempionatının fərdi yarışlarının 5 medalı uğrunda mübarizə aparacaq.

İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva final döyüşlərinə çıxacaq. Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Fidan Teymurova (-50 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.

Fərdi yarışların mükafatçıları bu gün məlum olacaq.

23 Martda başlanan komanda yarışlarının həlledici görüşləri isə 26 Martda keçiriləcək.

Qeyd edək ki, 5 gün davam edəcək qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edir.

Digər xəbərlər