"Turan Tovuz"da kapitanla yeni müqavilə

"Turan Tovuz"da kapitanla yeni müqavilə
Futbol
24 Mart 2023 - 18:00
"Turan Tovuz" futbolçusu Şəhriyar Əliyevlə müqavilənin müddətini uzadıb.

Supersport.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Kapitanla sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

Qeyd edək ki, Şəhriyar Əliyev mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. 30 yaşlı mərkəz müdafiəçisi qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub.

Digər xəbərlər