"Qarabağ" "Qalatasaray"la oyuna iki klubdan 4 futbolçu cəlb etdi

"Qarabağ" "Qalatasaray"la oyuna iki klubdan 4 futbolçu cəlb etdi
Futbol
24 Mart 2023 - 17:17
Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Qalatasaray" matçı keçiriləcək. Ağdam təmsilçisinin üzvlərinin çoxu milli komandaya dəvət olunduğundan baş məşqçi Qurban Qurbanov digər klublardan oyunçu cəlb etmək məcburiyyətində qalıb.

Supersport.Az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, komandaya 4 yeni futbolçu dəvət edilib.

"Zirə"dən qolkiper Anar Nəzirovla haitili müdafiəçi Donald Gerye, "Şamaxı"dan müdafiəçilərdən Nihad Quliyevlə Rauf Hüseynli Ağdam klubuna cəlb olunub. Son iki futbolçu "Qarabağ"a məxsusdur və "Şamaxı"ya icarəyə verilib.

 

Digər xəbərlər