Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçirilib.
Supersport.Az xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanacaq son iki komandanın adına aydınlıq gəlib.
“Real Madrid” “Liverpul”u qəbul edib. İngiltərədə 5:2 hesablı qələbə qazanan “Kral klubu” bu matçda da favorit hesab edilirdi. “Real” cavab oyununda 1 qolla qalib gələrək növbəti mərhələyə adlayıb.
Digər görüşdə “Napoli” “Ayntraxt”ın qapısına 3 qol vurub.
Bu iki komandanın Frankfurtdakı matçında neapollular 2:0 qalib gəlməyi bacarmışdı.
UEFA Çempionlar Liqası1/8 final
15 mart
00:00. “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə) 1:0
Qol: Kərim Benzema, 79
İlk oyun – 5:2
00:00. “Napoli” (İtaliya) – “Ayntraxt” Frankfurt (Almaniya) 3:0
Qollar: Viktor Osimhen, 45+2, 53, Pyotr Zelinski, 64 (pen)
İlk oyun – 2:0