"Bakıya qalib kimi yollanmaq istəyirik" - "Gent"in futbolçusu

"Bakıya qalib kimi yollanmaq istəyirik" - "Gent"in futbolçusu
Futbol
07 Fevral 2023 - 12:00
"Bakıya qalib kimi yollanmaq istəyirik".

Supersport.Az xəbər verir ki, bunu Belçikanın "Gent" klubunun futbolçusu Alessio Kastro-Montes Belçika mətbuatına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək oyunundan öncə Belçika çempionatında "Vesterlo" səfərindən qələbə ilə dönmək istədiklərini bildirib:

"Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, "Vesterlo" ilə görüşdən sonra Bakıda "Qarabağ"la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq".

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında Bakıdakı ilk görüş fevralın 16-da keçiriləcək.

Digər xəbərlər