Tanınmış idman xadimi Cavanşir Qurbanovun yubileyilə bağlı yarış

Tanınmış idman xadimi Cavanşir Qurbanovun yubileyilə bağlı yarış
Digər, Güləş
05 Dekabr 2022 - 07:05

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə 6 dekabr 2022-ci il tarixdə Azərbaycan Texniki Universitetinin idman zalında “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş U-15 yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər turniri keçiriləcək. Sərbəst güləşçilər 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.



10:00 – sərbəst güləş üzrə görüşlərin başlanması

16:00 – turnirin rəsmi hissəsi (çıxışlar, bədii hissə və qaliblərin mükafatlandırılması)

Digər xəbərlər