"Sabah", "Zirə", "Kəpəz" növbəti mərhələdə

"Sabah", "Zirə", "Kəpəz" növbəti mərhələdə
Futbol
23 Noyabr 2022 - 19:01
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

2-ci oyun günü üçün nəzərdə tutulan 3 matçdan artıq 2-si başa çatıb. "Zirə" "Mingəçevir"ə qalib gəlib (2:0) və 1/4 finala adlayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu mərhələdə "Neftçi"yə rəqib olub. "Kəpəz" "Sumqayıt"dan üstün olub - 1:0. Gəncə komandası növbəti mərhələdə "Turan Tovuz" ilə qarşılaşacaq.

"Sabah" isə "Qaradağ Lökbatan"la üz-üzə gəlib və 5:0 hesabı ilə qalib gəlib. "Sabah" 1/4 finalda "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final 1 matçdan ibarətdir. Bu mərələnin digər 3 görüşü dünən keçirilib. "Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finala adlayıblar. "Qəbələ" bu mərhələdə son çempion "Qarabağ"la, "Səbail" isə  "Sabah"la üz-üzə gələcək.

23 noyabr (çərşənbə)

17:00. “Sabah” – “Qaradağ Lökbatan” - 5:0

Qol: Davit Volkov, 33, Bəxtiyar Həsənalızadə, 39, Emmanuel Apeh, 61, 88, 90+1
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

“Bank Respublika Arena”

14:00. “Mingəçevir” – “Zirə” - 0:2 

Qol: Dimitrios Çantakias, 30, Rüstəm Əhmədzadə, 60
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Kəpəz” – “Sumqayıt” - 1:0 

Qol: Mixeil Erqemlidze, 9
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu

22 noyabr

“Qəbələ” – “Araz Naxçıvan” - 5:0

MOİK – “Səbail” - 0:4

“Şamaxı” – “Turan Tovuz” - 0:1

1/4 final cütlükləri

“Qarabağ” - “Qəbələ”

"Zirə" - “Neftçi”

"Kəpəz" - "Turan Tovuz"

"Səbail" – "Sabah"

Digər xəbərlər