Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibi

Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibi
Futbol
02 Avqust 2022 - 14:19
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır.

Supersport.Az xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunan tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ" da təmsil olunub. ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü  “səpələnməmişlər” səbətində yer alıb. Bu cütün qalibi pley-off-da  “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam təmsilçisi mərhələni keçsə, ilk oyununu evdə keçirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu

"Qarabağ" (Azərbaycan)/"Ferentsvaroş" (Macarıstan) cütünün qalibi – “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi

“Budo/Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi – “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün qalibi – “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi

“Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)

Liqa yolu

“Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi – “Benfika” (Portuqaliya) – "Midtüllann" (Danimarka) cütünün qalibi

"Yunion" (Belçika) – “Reyncers” (Şotlandiya) cütünün qalibi – “Monako” (Fransa) – PSV (Niderland) cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

 

Digər xəbərlər