"Qarabağ"ın legioneri İtaliyada oynamaq istəyir

"Qarabağ"ın legioneri İtaliyada oynamaq istəyir
Futbol
25 İyul 2022 - 17:03
"Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, kolumbiyalı müdafiəçi əvvəlcə yay transfer dönəmində adının bəzi klublarla hallanmasından danışıb.

- "Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik. Onu da deyim ki, daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var.

- Ötən mövsüm Premyer Liqanın ən yaxşı müdafiəçisi seçildiniz və bu mövsüm Çempionlar Liqasına 2 məhsuldar ötürmə və 1 qolla başladınız. Bu mövsüm üçün arzunuz nədir?

- Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi və Kolumbiya millisində oynamaq arzumu həyata keçirməyə çalışacağam.

- Əgər seçə bilsəydiniz, hansı liqada oynamağa üstünlük verərdiniz?

- İngiltərə, Almaniya və ya İspaniya kimi bütün rəqabətli liqaları sevirəm... Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki mən sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3 müdafiəçi sistemində oynamağa öyrəşmişəm.

Digər xəbərlər