Futbol yığmamız birinci oldu

Futbol yığmamız birinci oldu
Futbol
11 İyul 2022 - 15:03

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığma komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq futbol turnirinin qalibi olub.



Turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4-0 və Macarıstanı 3-1 məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb. Final mərhələsində Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3-0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar.

Digər xəbərlər