"Qarabağ"ın Polşa planı

"Qarabağ"ın Polşa planı
Futbol
04 İyul 2022 - 14:31
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Lex" - "Qarabağ" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün Ağdam klubunun açıq məşqinin vaxtı müəyyənləşib.

Bu gün Bakı vaxtı ilə 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək, 21:00-da isə "Qarabağ"ın "Poznan" stadionunda məşqi reallaşacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi açıq olacaq.

Digər xəbərlər