"Qarabağ"ın meneceri: "Liqamız cəlbedici deyil, amma nə edək?"

"Qarabağ"ın meneceri: "Liqamız cəlbedici deyil, amma nə edək?"
Futbol
28 İyun 2022 - 17:11
Supersport.Az "Qarabağ"ın meneceri Asif Əsgərovun Polşa mətbuatına müsahibəsini təqdim edir.

- "Lex" haqda nələri bilirsiniz?

- Polşanın ən böyük klublarından biri ilə qarşılaşacağımızı bilirik. Onların son mövsümdə Polşa çempionu olması hər şeyi deyir. Amma biz də 10 ildən çoxdur, avrokuboklarda oynayırıq. Belə matçlara öyrəşmişik. "Lex"ə hörmət edirik.

- Avrokuboklarda debüt etdiyiniz vaxtdan sizi izləyirəm. Oyun tərzinizə, transferlərinizə baxıram. Heç nə təsadüfi görünmür...

- Həyatda heç nə təsadüfən olmur. Uğurlarımız nəticələrimizin bəhrəsidir. Klub olaraq peşəkar skaut heyətimiz var. İlboyu transfer proseslərini həyata keçiririk. Sistemimizə uyğun oyunçular axtarırıq. Yerli və milli reallıqları nəzərə almalıyıq. Bizim üçün futbolçunun harada oynamasının, haralı olmasının fərqi yoxdur. Mentalitetimizə uyğun gələn oyunçular axtarırıq. İstədiyimiz futbolçunu almağa hər zaman pulumuz olmur. Mövcud vəziyyətə uğun olanları axtarırıq. Rəhbərliyi qane edən sistem yaratmışıq.

- Skaut qrupunuz necədir, neçə nəfər işləyir?

- Bizim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. İşində peşəkar olanları götürürük. Strukturumuzdə digər klublardan fərqləndirəcək nəsə yoxdur.

- Futbolçularda hansı keyfiyyətlərə üstünlük verirsiz?

- Bu, daha çox texniki şöbəyə aiddir. Komandanın ehtiyacları ödənilməlidir. Rəhbərlik buna müdaxilə etmir. Oyunçularla bağlı qərarı biz veririk.

- Azərbaycan çempionatı o qədər cəlbedici deyil. Nə idman, nə də azarkeşlər baxımından. Belə şəraitdə işləmək çətin deyil?

- Düzdür, liqamız cəlbedici deyil, amma nə edək? Biz burada yarışmağa öyrəşmişik. Premyer Liqamız tanınmasa da, Azərbaycan çempionu olmaq göründüyü qədər asan deyil. Avropa Liqasında yüksək reytinqli komandalarla qarşılaşırıq.

- "Kopenhagen"i məğlub edəndən sonra Çempionlar Liqasının qruplarına qaldınız. Sonra PAOK-dan Pedro Enrikeni transfer etdiz. O, müəyyən dərəcə məşhur futbolçu idi. Niyə Maykl Essyen, Keysuke Honda kimi oyunçuları almadınız?

- Pedronu adına görə transfer etmədik. Yeganə faktor oyun üslubumuza uyğun olması idi. Adlara yox, sistemə önəm veririk. Karyerasını yekunlaşdırmaq üzrə olan futbolçu transfer edirsizsə, bu, reklama görə edilmiş olur. Nəticə əldə etmək olmur. Nəticəni gözləməyə də vaxt yoxdur.

- Yakub Jezniçakı nexcə xatırlayırsınız?

- "Kuba" böyük peşəkardır. Biz nə vaxt oynasaq, azarkeşlik edir. Onunla yaxşı münasibətimiz var. Dostluq əlaqələrimizi saxlamağa çalışırıq.

- Polşa klubları ilə oyunlarda üstünlüyünüz var. Matçları xatırlayırsız?

- Hamısı yadımdadır. 3 dəfə qarşılaşmışıq. Hər biri fərqli oyun olub. Krakov "Visla"sı ilə oyunda heç kim bizə inanmırdı. Lakin onları məğlub edə bildik. "Legiya" ilə matç isə tariximizin ən vacib qarşılaşmalarındandır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə çalışırdı. Heyətdə ciddi zədələrimiz var idi. Böyük problemlər yaşayırdıq. Buna baxmayaraq, qələbə qazandıq. İnanılmaz idi. Bütün Azərbaycanın qələbəsi idi. Bu oyunda qalib gəlmək tarixi və mənvi borcumuz idi.

- Baş məşqçiniz Qurban Qurbanov necə insandır?

- Bu illər ərzində bir-birimizi yaxşı tanıdıq. O, müsbət keyfiyyətləri olan bir insandır. Azərbaycanda çox məşhur olsa da, təvazökardır. Ciddi biridir və problemlərə yeni həllər gətirmək qabiliyyətinə malikdir. Prinsipial insandır. Bəlkə də, "Qarabağ"ı uğura aparan sirr budur.

Digər xəbərlər