"Qarabağ" – "Lex" oyunu ingilis hakimlərə həvalə olundu

"Qarabağ" – "Lex" oyunu ingilis hakimlərə həvalə olundu
Futbol
28 İyun 2022 - 07:00
Supersport.Az-ın məlumatına görə, Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Lex” klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Matç İngiltərədən olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda keçiriləcək.

Digər xəbərlər