"Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu

"Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu
Futbol
20 İyun 2022 - 17:31
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri məlum olub.

Supersport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar" ilk görüşündə iyunun 25-də (saat 17:00) "Botoşani" (Rumıniya) ilə qarşılaşacaq.

Komanda iyunun 29-da isə iki oyuna çıxacaq. "Qarabağ" əvvəlcə saat 12:00-da "Holştayn" (Almaniya), saat 18:30-da "Universitatya Krayova" (Rumıniya) ilə üz-üzə gələcək.

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.

Digər xəbərlər