Kurban Berdıyev rəsmən "Traktor"da

Kurban Berdıyev rəsmən "Traktor"da
Futbol
20 İyun 2022 - 17:07
Cənubi Azərbaycanın "Traktor" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Supersport.Az Təbriz klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu posta türkmənistanlı Kurban Berdıyev təyin olunub.

70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Berdıyev əsas komanda ilə yanaşı, klubun akademiyasına və bütün yaş qrupları üzrə komandalara nəzarət edəcək.

Son klubu Qazaxıstan "Kayrat"ı olan Berdıyev "Traktor"un "sükanı arxasında" Ərtoğrul Sağlamı əvəzləyib. Hansı ki, türkiyəli mütəxəssisin də "Neftçi"nin baş məşqçisi təyin olunması gözlənilir.

Digər xəbərlər