Rəşad Sadıqov: "Allahın köməyilə mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik"

Rəşad Sadıqov: "Allahın köməyilə mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik"
Futbol
15 İyun 2022 - 21:15
Supersport.Az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində komandasının qarşılaşacağı Təl-Əviv "Makkabi"si haqda fikirlərini bölüşüb:


"Püşk qarşımıza yaxşı rəqib çıxardı. "Makkabi" Azərbaycan futbol ictimaiyyətinə tanış komandadır. Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir. Bizim üçün maraqlı təcrübə olacaq. Bütün gücümüzlə oyuna hazırlaşacağıq. İnşəAllah sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".


40 yaşlı mütəxəssis 5-6 yeni oyunçu almaq istədiklərini, transferlərin danışıqlar, rəqabət, maliyyə şərtləri səbəbindən yubandığını bildirib.

Digər xəbərlər