"Neftçi"nin qazancı

"Neftçi"nin qazancı
Futbol
08 May 2022 - 13:09
"Neftçi Peşəkar Futbol Klubu" MMC 2021-ci ili 1,923 milyon manat xalis mənfəətlə başa vurub.

Supersport.Az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 8,2 dəfə çoxdur.

Ötən il "Neftçi"nin əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 47,1% çox - 13,736 milyon manat təşkil edib. O cümlədən, klub sponsorlarını reklam etməklə 9,123 milyon manat (15,2% çox), bilet satmaqla 46 min manat (41,5 dəfə çox), UEFA-nın pul mükafatı və həmrəylik ödənişləri hesabına 3,012 milyon manat (2,15 dəfə çox), sair əməliyyatlar hesabına 1,556 milyon manat (10% çox) gəlir əldə edib.

Hesabat dövründə "Neftçi"nin əməliyyat xərcləri isə illik müqayisədə 24,5% çox – 11,246 milyon manat təşkil edib. O cümlədən Klub əmək haqqı və mükafat ödəmək üçün 7,136 milyon manat (7,4% çox), əsas vəsaitlərin amortizasiyası üçün 358 min manat (təxminən 10% az), qeyri-maddi aktivlərin köhnəlməsi üçün 102 min manat (təxminən 10 dəfə çox),sair əmıliyyatlar üçün isə 3,651 milyon manat (84,6% çox) xərcləyib.

Bundan başqa, il ərzində "Neftçi"nin 14 min manat digər gəlirləri (3,6 dəfə çox), 135 min manat digər xərcləri (16 dəfə çox) olub. Klub həmçinin 446 min manat (6,4 dəfə çox) mənfəət vergisi ödəyib. Bu il yanvarın 1-nə "Neftçi"nin aktivləri 13,462 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,5% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 60,2% artaraq 3,281 milyon manata, balans kapitalı (xalis aktivləri) isə 10,4% artaraq 10,181 milyon manata çatıb.

Qeyd edək, "Neftçi" kommersiya qurumu kimi 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır.

Digər xəbərlər