"Qarabağ" qürurumuzdur, AFFA-nın günahından millimiz yerlərdə sürünür" - Mübariz Mənsimov

"Qarabağ" qürurumuzdur, AFFA-nın günahından millimiz yerlərdə sürünür" - Mübariz Mənsimov
Futbol
03 May 2022 - 12:11
"Xəzər Lənkəran"ın populyarlığı bir çox insanın xoşuna gəlmədi. Oyun başlayır, 15-ci dəqiqədə 3 futbolçumuz meydandan qovulurdu. Çəkilməz bir şey idi. Klubun fəaliyyətini dayandırmasına qərar verdim. Bir gün şərait dəyişərsə, təbii ki geri qayıdarıq. "Xəzər Lənkəran"a dayanmadan maneçilik törədirdilər". 

Supersport.Az saytı xəbər verir ki, belə fikri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov "Xural" internet televiziyasına deyib.

"Xəzər Lənkəran"ın sahibi sonra bunu qeyd edib:

"Mən buradan açıq-aydın deyirəm ki, “Xəzər Lənkəran” olmasaydı, Azərbaycan futbolu bu yerlərə gəlməzdi. “Xəzər Lənkəran” futbola həyəcan gətirdi. Peşəkar futbolçular xaricdən gəlməyə başladı, bizim oyunçular onlarla ayaqlaşmağa çalışdı, milli futbolçular çıxmağa başladı. Dünyanın hər yerində bu iş belədir. Azərbaycanda "Xəzər Lənkəran"ı quranda, futbolçulara min dollar pul verirdilər.

Mən gəldim, "Neftçi"dən 5-6 futbolçu transfer etdim. Onlar ilk dəfə 200-300 min pul gördülər. Özlərini həyəcandan saxlaya bilmirdilər. Bizdən əvvəl heç kəs stadion qurmurdu. Sovetlər Birliyindən sonra, ilk stadionu "Xəzər Lənkəran" qurdu. Ondan sonra hər kəs stadion qurmağa başladı. Məqsədimiz oradakı uşaqların idmana həvəslənməsi, pis vərdişlərə uymaması, özlərinə gələcək qurmaları idi".

M.Mənsimov, "Qarabağ" haqda müsbət fikir səsləndirib:

"Bu gün "Qarabağ" uğurlu çıxış edir. Bütün Azərbaycanın qürurudur. Əvvəllər ancaq "Neftçi"ni tanıyırdılar. "Xəzər Lənkəran" çempionatdan çəkiləndən sonra, çox klub yox oldu. Çünki doğru idarə olunmadı. AFFA da doğru idarə olunmadı. Hələ də peşəkar idarə olunmur. Ona görə də bizim milli komandamız yerlərdə sürünür".

Digər xəbərlər