"Qarabağ"ın 2 qol epizodunda da ofsayd yox idi" - Raymon Domenek

"Qarabağ"ın 2 qol epizodunda da ofsayd yox idi" - Raymon Domenek
Futbol
20 Fevral 2022 - 02:47
Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek, konfrans liqasının 1/16 finalında "Olimpik Marsel" – "Qarabağ" matçını şərh edib.

Supersoprt.Az saytı xəbər verir ki, 70 yaşlı mütəxəssis "L’Equipe" nəşrinə açıqlamasında Fransa klubunun oyunundan razı qalmadığını bildirib:

"3:1 qələbə qazandıq, heyətdə bir neçə dəyişiklik etdik. Milik sadəcə qol vurdu. "Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydanda "süpürdü". Razıyam, heyətdə bir neçə rotasiya edildi. Oyuna nəzarətimiz yox idi, onları çətin vəziyyətə salmadıq. Bəzən narahat edən qələbələr olur. Bu uğur sizi narahat edə bilər.

De La Fuenteni meydanda görmədik, deyəsən oynadı. Cingiz Ündər cinahda nələrsə edirdi, amma işə yaramadı. "Olimpik Marsel"in 2-ci qolunda heç bir oyundankənar vəziyyət yox idi, lakin "Qarabağ"ın 2 qol epizodunda da ofsayd yox idi”.

Digər xəbərlər