“Qarabağ”a erməni təxribatına görə rəqibini cəza gözləyir

“Qarabağ”a erməni təxribatına görə rəqibini cəza gözləyir
Futbol
18 Fevral 2022 - 23:33
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan sonra “Olimpik Marsel”ə qarşı intizam işi açıb.

Supersport.Az qurumun saytna istinadən xəbər verir ki, Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və stadionlarda keçidlərin bağlanmasına görə günahlandırılır.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, sözügedən görüşdə "Olimpik Marsel" 3:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın fevralın 24-ü Fransa təmsilçisini Bakıda qəbul edəcək.

Ağdam təmsilçisi Marsel klubuyla səfərdə keçirdikləri matç zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

Digər xəbərlər