Millimizdən iki medal

Millimizdən iki medal
Digər, Cüdo
14 Fevral 2022 - 19:11
Cüdo üzrə seçmə komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən açıq Avropa turnirində iki mükafat qazanıb.

Supersport.Az xəbər verir ki, Turan Bayramovun qızıl və Samir Piriyevin gümüş medalı (hər ikisi 60 kq) ilə komandamız 26 ölkə arasında yeddinci nəticə göstərib.

İlk yeri Türkiyə (2 qızıl, 2 gümüş, 5 bürünc) tutub. İkinci yerdə Fransa (2 qızıl, 1 gümüş, 6 bürünc), üçüncü sırada isə İspaniya (2 qızıl, 1 gümüş) qərarlaşıb.

Qeyd edək ki, ölkəmiz yarışda 18 cüdoçu ilə təmsil olunub.

Digər xəbərlər