Azərbaycandan 2 medal

Azərbaycandan 2 medal
Digər, Cüdo
06 Fevral 2022 - 23:05
Supersport.Az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu Fransa paytaxtı Parisdəki "Böyük Dəbilqə" yarışında uğur qazanıb. Mötəbər turnirdə 52 ölkədən 285 idmançı qüvvəsini sınayıb. Ölkəmiz 6 cüdoçu ilə təmsil olunub, 2 təmsilçimiz mükafatçılar sırasına düşüb.

90 kq-da Məmmədəli Mehdiyev finalda yapon Sanşiro Muraoya məğlub olaraq ikinci olub.

Komandamızın gürcü üzvü Uşanqi Kokauri (+100 kq) də turnirin finalında finalda monqolustanlı Tsetsentsengel Odxuuya uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə mübarizəyə qoşulan cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.

 

Digər xəbərlər