Cüdoçumuzun qazancı: gümüş medal, 1600 avro, 490 xal

Cüdoçumuzun qazancı: gümüş medal, 1600 avro, 490 xal
Digər, Cüdo
29 Yanvar 2022 - 09:01



Azərbaycan cüdoçusu Balabəy Ağayev Portuqaliyanın Almada şəhərində Qran-Prisində final görüşünə çıxıb.

Supersport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində 1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib.

Balabəy Ağayev həlledici qarşılaşmada rəqib Harim Li olub. Mübarizədən məğlub ayrılan Ağayev gümüş medal, 1600, məşqçisi 400 avro qazanıb.


Mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.


Bu çəkidə daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Yanvarın 30-da Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) yarışacaq.

 


Digər xəbərlər