Superliqada mövsümə Ahmet Çalıkın adı verildi

Superliqada mövsümə Ahmet Çalıkın adı verildi
Futbol
18 Yanvar 2022 - 23:07
Türkiyə Superliqasının 2021/22 mövsümü "Konyaspor"un avtomobil qəzasında həlak olan futbolçusu Ahmet Çalıkın adını daşıyacaq.

Superport.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Qurumun İdarə Heyətinin iclasında mövsümün qalan hissəsinin “Ahmet Çalık mövsümü” kimi yazılması qərara alınıb.

Qeyd edək ki, Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ahmet Çalık yanvarın 11-də idarə etdiyi avtomobilin yolun kənarına yuvarlanması səbəbindən vəfat edib.

Digər xəbərlər